Ucuz lirə siyasəti "qəzaya" səbəb ola bilər -

"Türkiyənin ucuz lirə siyasətini anlayışla qarşılayıram, amma bu sürət qəzaya səbəb ola biləcək sürət ola bilər".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı son günlər lirənin ucuzlaşması fonunda danışan iqtisadçı-ekspert Elman Sadıqov edib. Ekspert bildirib ki, ucuz lirə siyasətini bu qədər sürətləndirməklə, həm ixracın artımına, həm də ucuz kreditlərlə iqtisadiyyatın sürətli bərpasına çalışırlar.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına  başlanılacaq”

"Burada bir neçə vacib amil var. Lirənin dəyər itirməsi sürəti ixracın artım və iqtisadiyyatın bərpa sürətini üstələyir. Türkiyəyə valyuta gətirən önəmli sahələrdən olan turizm üçün hazırda uyğun mövsüm deyil. Yəni, turizm ucuz lirədən maksimum faydalana bilmir. Pandemiya da davam edir. Faiz dərəcəsi faktiki olaraq illik inflyasiya dərəcəsinin altındadır ki, bu da qəbul olunmayan amillərdəndir. Sözün həqiqi mənasında türk lirəsi, ixrac və türk iqtisadiyyatı həm öz aralarında, həm də zamanla yarışa girib. Bu qədər sürət isə təhlükəli ola bilər'.

Elman Sadıqov onu da qeyd etdi ki, ucuz lirə siyasətini daha səbrlə və nəticələrini izləməklə aparmaq daha uyğun olardı. İqtisadçı onu da fikirlərinə əlavə etdi ki, monetar siyasət həqiqətən incə sahədir. Nəzarətdən çıxması iqtisadiyyatın öz-özünü tənzimləməsinə imkan vermədən böhrana sürüklə bilər. Qeyd edək noyabrın 18-də Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini 1 faiz bəndi endirdi. Hazırda illik 15%-dir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR