Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Ərzurum vilayətində rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Köprüköy rayonunda yerin 6,9 kilometr dərinliyində yerləşib. Yerli mənbələrin məlumatına görə, zəlzələ ilə bağlı hələlik xoşagəlməz xəbər yoxdur. Qeyd edək ki, ötən gün Düzcə vilayətində 5 bal gücündə zəlzələ baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR