Məşhur azərbaycanlı aktyor: “Ərdoğandan qorxuruq”

Məşhur azərbaycanlı aktyor: “Ərdoğandan qorxuruq”
06:31 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyorlarından biri, “Çocuklar duymasın” serialında Haluk obrazını canlandıran Azərbaycan əslli Tamer Karadağlı “Millet” qəzetinin ötəngünkü sayına maraqlı açılamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış aktyorun “sənətdə azad söz, azad ifadə” məsələsi ilə bağlı verdiyi cavablar xüsusi diqqətə səbəb olub.

“Mən də daxil olmaqla, sənətçi dostlarımızın hamısı cənab Rəcəb Tayyib Ərdoğandan qorxuruq. Amandır, birdən səhv nəsə edərik, səhv başa düşülərik deyə hamı etdiyi hərəkətə fikir verir”, - deyə T.Karadağlı AKP iqtidarı ilə sənətdə azadlığın olmadığını, Türkiyə prezidentindən qorxulduğunu bildirib.

O, əvvəllər Rəcəb Tayyib Ərdoğana qarşı münasibəti mənfi olan, indi isə iqtidarı, onun siyasətini dəstəkləyən nə qədər aktyor tanıdığını vurğulayıb.
Azərbaycanlı aktyor “Gəzi parkı hadisələri”nə də toxunub:

“Mən o etirazlarda iqtidara qarşı çıxmağa yox, ətraf mühiti dəstəkləyən gənclərə dəstək üçün qoşulmuşdum. Bu etiraz çıxışları səhv yönlərə yozuldu, başqa məqsədlər üçün istifadə edildi və mən səhvlərin olduğunu qəbul edirəm. Mənim oradakı çıxışlarımdan sonra TV-dəki yarışma proqramım bağlanıldı. Qorxuram, bunun da səbəbi qızım Zeyno və onun gələcəyidir”.

Xatırladaq ki, iki il əvvəl İstanbulun Taksim meydanında Gəzi parkının sökülməsi əleyhinə aksiyalar başlamış, ekoloji tələblərlə başlayan etirazlara Tamer Karadağlı da daxil olmaqla bir çox sənətçilər də qoşulsa da, sonra bu etirazlar nəzarətdən çıxmağa başladı və polislə etirazçılar arasında qarşıdurmalar yaşandı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR