Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb

ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil vermişdi. Buna səbəb Baydenin tibbi müayinədən (kolonoskopiya) keçməsi idi. Belə olan təqdirdə ABŞ qanunvericiliyi dövlət başçısının səlahiyyətlərini vitse-prezidentə təhvil verməsini tələb edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR