“Twitch” sosial şəbəkəsində yayımlar etməklə məşhurlaşan Amurat, görüş təklifini geri çevirdiyi üçün təhdid edilib.
Metbuat.az xəbər verir ki, cazibədar fenomen işlə bağlı əməkdaşlıq etdiyi oğlandan şam yeməyi üçün dəvət alıb.
Lakin bu dəvətin arxasında pis niyyətin olduğunu düşünən qız, təklifi rədd edib. Rədd cavabı alan iş adamı, Amuratı təhdid edib. İş adamı Amuratla əməkdaşlığı dayandıracağını bildirib.
İş adamının təhdidi barədə canlı yayımda açıqlamalar verən Amurat, onu rəzil edib.