Bərdədə polisə yalan məlumat verən şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilib.

Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tovuz rayon sakini Daşqın Ələsgərov noyabrın 19-u səhər 06:30 radələrində Bərdə RPŞ-yə müraciət edərək rayon ərazisindəki Mal bazarı adlanan ərazidə olarkən iki naməlum şəxsin ona bıçaqla xəsarət yetirməsi və 11 min manat pulunu aparması barədə məlumat verib.

Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində D.Ələsgərovun 11 min manat məbləğində borclu olduğu, borcu qaytarmamaq üçün isə naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verdiyi müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR