Əliyev-Paşinyan görüşündən MÜHÜM GÖZLƏNTİLƏR:

Azərbaycan və Ermənistan rəhbərliyi 15 dekabrda Brüsseldə görüşəcəklər. Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel "Şərq tərəfdaşlıq" sammitində iştrak etmək üçün tərəflərlə əlaqə saxlayaraq görüş üçün razılıq əldə edib.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Elman Vəliyev bildirdi ki, "16 noyabr" eskalasiyası tərəflər arasında diplomatik danışıqları intensivləşdirdi. Bu eskalasiya Ermənistanı sülhə yaxın durması üçün önəmli addım idi. Sual oluna bilər ki, Rusiya dura-dura Aİ iki tərəf arasında niyə görüş təşkil edir? Politoloq bu suala cavab olaraq bildirdi ki, bir günlük eskalasiyadan sonra Rusiya tərəfi 10 Noyabr bəyanatının müddəalarının yerinə yetirilməsini qəti şəkildə bildirib.

"Tərəflər arasında delimitasiya və demarkasiya məsələsinin həllində Rusiyanın rolu vardır. Tərəflər arasındakı Brüssel görüşü 10 Noyabr bəyanatının müddəalarını yerinə yetirmək üçün əsaslı konfrans deyil. Aİ çoxdan maraqlı idi ki, konflikti nizamlamaq üçün vasitəçi olsun. Brüssel görüşündə tərəflər insidentlərin qarşısını almaq üçün müdafiə nazirlərinin birbaşa əlaqəsini təmin ediləcək. Bu da önəmli addımdır. Artıq 3-cü tərəfin vasitəçiliyi olmadan birbaşa əlaqələr olacaqdır.Düşünürəm ki, Brüssel görüşündən sonra tərəflər bəyanatın müddəalarınə yerinə yetirmək üçün addımlar atacaqlar.

Tərəflər arasında baş tutacaq görüşlə bağlı fikirlərini bildirən politoloq Samir Hümbətov isə düşünür ki, burada əsas diqqət çəkən üç məsələ var.


"Birincisi, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannaməsinin şərtlərinə əməl edilməsi. İkincisi, sərhəddə baş verən hadisələri dinc yolla həll etmək və Rusiyanın məsələyə müdaxiləsini mümkün qədər azaltmaqdır. Tərəflər arasında belə görüşlərin mütəmadi hal alması və sülh danışıqlarını tərəflərin həm də birbaşa aparması haqqında razılığa gəlməkdir. Bu görüş sərhədlərin delmitasiya və demarkasiyası məsələsini daha da sürətləndirməyə rəvac verəcək. Əgər Paşinyan bu görüşdə özünə güvəni yarada bilsə, növbəti görüşlərin Moskvada olduğu kimi Ankarada da keçirilməsi mümkün ola bilər".

Politoloq onu da qeyd etdi ki, əgər bu görüş baş tutarsa, ölkə başçısı cənab İlham Əliyev Nikol Paşinyana daha rahat dil tapmağı başa salacaq. Fikrimcə, Paşinyan da qərbin adamı olduğu üçün, Brüsseldə Putinin təzyiqini daha çox üzərində hiss etmədən rahat düşünmək imkanı əldə edə bilər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR