Bakıda mikroavtobus qəzaya uğradı:

Bakı-Ələt-Qazax-Gürcüstan yolunun Ələt qəsəbəsindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin detalları bəlli olub.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 06:10 radələrində sözügedən ərazidə baş verib.

Sərnişin daşıyan mikroavtobus ilə yük avtomobili toqquşub.

Belə ki, İ.Əliyevin idarə etdiyi “Ford Tranzit” markalı, 54-BH-819 dövlət nömrə nişanlı avtomobil qarşıda hərəkətdə olan S.Həsənlinin idarə etdiyi “Mitsubishi” markalı 17-AC-208 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “Ford Tranzit” markalı mikroavtobusda olan sərnişinlərdən Ə.İşıqov hadisə yerində həlak olub. Digər sərnişin C.İşıqov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR