Əməkdar artist Vahid Əliyevin canlı efirdə halı pisləşib.
Metbuat.az xəbər verir ki, ARB-də yayımlanan "Elgizlə İzlə" proqramında gərgin anlar yaşanıb.
Verilişə gələn İlqar adlı şəxs özündən 25 yaş kiçik həyat yoldaşı Ülviyyəni qəbul etmədiyini bildirib.
Buna səbəb kimi isə arvadının gününü "Tik-Tok"da keçirməsini göstərib. O, xanımının uşağına baxmadığını deyib.
Proqramın eksperti olan aktyor isə İlqara məsləhət verib, xanımını bağışlamasını istəyib, daha sonra halı pisləşib və studiyanı tərk edib.
Sözügedən görüntüləri təqdim edirik: