Piyadanı maşın vurdu

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Hundai” markalı minik avtomobili ilə vurulan piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR