Putinin masasındakı SİRLİ DÜYMƏ:

Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında danışıqlardan əvvəl Kremlin hesabatında Putinin masasına quraşdırılmış düymə böyük marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, prezidentin mətbuat xidmətindən bildirilib ki, masada quraşdırılan xüsusi düymədən istifadə etməklə Rusiya lideri təcili olaraq köməkçiyə zəng edə və ya onlardan çay gətirməyi xahiş edə bilər.

Öz növbəsində, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin də xüsusi telefon nömrəsi var və bu telefon vasitəsilə o, hökumət rəhbərliyi, departament rəhbərləri, prezident administrasiyasının rəhbərliyi və digər abunəçilərlə birbaşa əlaqə saxlaya bilər. Qeyd edək ki, Putinin “gizli” düyməsi Rusiyanın gerbi və “qəbul” yazısı olan taxta qutuya bənzəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR