Fransa liqasında qalmaqal -

Fransa Liqa 1-də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

Metbuat.az xəbər verir ki, yerli azarkeşlər qonaq futbolçuların oynamağına imkan verməyib. Belə ki, oyunun 5-ci dəqiqədə "Marsel" künc zərbəsi yerinə yetirməyə başlayarkən tribunadan yad əşyalar atılıb. Nəticədə, yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Baş hakim oyunu dayandırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR