Hər kəsdən gizlədilən çılğın planı açıqladı:

SpaceX şirkətinin icraçı direktoru İlon Mask Mars planeti ilə bağlı diqqətçəkən fikirlər deyib.

Metbuat.az xəbər verir ki, o, Marsa getmək məcburiyyətində olduqlarını ifadə edib. Mask deyib ki, nüvə silahının işə düşməsi ilə nəticələnən müharibə təhdidi var. Mars planetində yaşamaq üçün şərait yaradılmalıdır deyən iş adamı bildirib ki, Marsda şərait yaradıla bilsə bu layihənin rəhbərləri qiyamət baş vermədən əvvəl oraya yerləşəcək:

“İqlim böhranı, pandemiya və digər məsələlər insanları təhdid edir. Bu risklərin azaldılmasına ehtiyac var. Riskləri azaltmağın yolu insanların planetlərə yayılmasıdır. Dünyada risklər hər zaman var. Keçmişdə bildiyimiz Armageddon təhlükəsi hələ də var”.

Qeyd edək ki, “Nüvə Armageddon” qiyamətdən əvvəl nüvə müharibəsi anlamına gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR