Astarada qanunsuz ov edən şəxslər saxlanılıb

Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladığı 6 ədəd çöl quşu, 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR