"Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlanıb

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Omoniya” (Kipr) oyununun hakimləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Morten Krox

Baş hakimin köməkçiləri: Niels Hög, Steffen Beck Bramsen

Dördüncü hakim: Yorgen Daugbjerg Burxardt

Qeyd edək ki, matç noyabrın 25-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR