Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək

06:53 19 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi, “IŞIK-2015” və “ANADOLU KARTALI-2015” Hərbi Hava Qüvvələri təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin iştirakı da planlaşdırılır.
Bundan əlavə, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi də nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR