Dollar 13 lirəni keçdi, Ərdoğan onu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu ilə Ankarada görüşü baş tutub.

Metbuat.az əbər verir ki, görüş türk lirəsinin keçən həftədən bu günə davam edən kəskin ucuzlaşmasından sonra reallaşıb.

Görüşlə bağlı detallar açıqlanmayıb. Türkiyə Mərkəzi Bankı da mövzunu şərh etməyib.

Qeyd edək ki, bu gün də türk lirəsi dollar qarşısında 11% dəyərdən düşüb və dollar/TL məzənnəsi 13 lirə səviyyəsini keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR