Avropaya miqrant aparan şəbəkə dağıdıldı

Əlcəzairin Müdafiə Nazirliyi Avropaya miqrantların qaçaqmalçılığını təşkil edən beynəlxalq şəbəkənin darmadağın edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, əməliyyatı jandarm qüvvələri ölkənin şərqindəki Burc Buariric əyalətində həyata keçirib.

İstintaq zamanı müasir üsullardan istifadə edildiyi bildirilən açıqlamada sözügedən qaçaqmalçılıq şəbəkəsinin məhv edildiyi qeyd olunub.

Transsərhəd mütəşəkkil qrupların miqrant qaçaqmalçılığı üzrə ixtisaslaşmış olduğu bildirilən şəbəkənin fəaliyyəti Əlcəzair üzərindən Qərb ölkələrinə və Avropaya qədər uzanır.

Saxlanılanlardan 14-ü müvəqqəti həbs edilib. Yeddisi beynəlxalq olmaqla, 13 nəfər barəsində həbs qərarı çıxarılıb.

Əlcəzair səlahiyyətliləri ölkənin afrikalı miqrantlar üçün Aralıq dənizi və Avropaya keçid məntəqəsinə çevrildiyini bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR