UEFA “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım etdi -

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.

Qeyd edək ki, “Kayrat” - “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR