Soçi görüşü ərəfəsində Paşinyan YENƏ SAYIQLADI:

Mətbuat konfransı adı altında sərsəm açıqlamalar verən Paşinyan növbəti dəfə öz xalqını və beynəlxalq təşkilatları çaşdırmağa cəhd edib.

Vəziyyəti Metbuat.az-a şərh edən politoloq Tural İsmayılov deyir ki, Paşinyan Zəngəzur dəhlizi və Şərqi Zəngəzur ifadələrini mahiyyətdən çıxararaq bu ifadələrin istifadəsini "Ermənistan ərazilərinə təcavüz kimi" təqdim etməyə çalışıb. Halbuki, Azərbaycan öz tarixi torpağı olan Zəngəzurun tarixən kimə, beynəlxalq hüquqda isə hazırda kimin ərazisi olduğunu yaxşı bilir. Politoloq Paşinyanın bu açıqlamasına da diqqət çəkərək xüsusilə vurğuladı ki, xalqın gözündə xal qazanmaq üçün Nikol bildirib ki, Naxçıvana yolun hardan keçəcəyinə Ermənistan qərar verə bilər.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

"Paşinyan deyib ki, 10 noyabr bəyanatının müddəalarından biri Zəngəzur dəhlizini ehtiva edir. Bunu heç bir formada Ermənistan başqa bir formada şərh edə bilməz. Ermənistan Baş naziri Azərbaycan və Ermənistan arasındakı birbaşa əlaqənin vacibliyindən danışaraq dolayı yolla sərhəd təxribatlarını törətdiklərini etiraf edir və Rusiyaya güvənmədiyini bir daha ortaya qoyur. Ən önəmlisi isə illərdir təcrid vəziyyətində olduqlarını söyləyərək Ermənistanın işğalçı və regional aqressiyaya malik ölkə olmağını etiraf edib".

Tural İsmayılov şərhinin sonunda bildirdi ki, məğlubiyyətdən necə çıxacaqları və Ermənistanın iqtisadi-siyasi gələcəyi ilə bağlı hansısa proqramlarının olmadığı Paşinyanın ötən günki mətbuat konfransında bir daha aydın olub.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR