Davudoğlu etirazçılara səsləndi: Küçələrə çıxmayın

Türkiyənin keçmiş Baş naziri, Gələcək partiyasının sədri Əhməd Davudoğlu lirənin kəskin ucuzlaşması ilə bağlı aksiya keçirən etirazçılara sosial mediası hesabında paylaşdığı mesajla çağırış edib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hazırki vəziyyət küçələrə çıxaraq etiraz etməklə həll oluna bilməz. Davudoğlu etirazçılara seçkiləri gözləməyi tövsiyyə edib. “Bu iş küçədə yox, qutuda həll olunur. Seçki ilə gələn seçki ilə də gedəcək” deyən Davudoğlu etirazçıları təxribatlara aldanmamağa çağırıb.

Qeyd edək ki, ötən gün Ankara, İstanbul, Kocaəli və İzmir şəhərlərində lirənin ucuzlaşmasına qarşı etiraz aksiyaları keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR