Albert Eynşteynin əlyazması 11,7 milyon dollara satıldı

Dünyaca məşhur fizik Albert Eynşteynin əlyazması hərracda satılıb.

Metbuat.az xəbər verir ki, Parisdə hərraca çıxarılan əlyazmaya maraq böyük olub. Əlyazma 11,7 milyon dollara satılıb. Satışdan əvvəl isə bu məbləğin 3 milyon dollar olacağı güman edilirdi. Alıcının kimliyi gizli saxlanılıb.

Məlumata görə, 1913-1914-ci illərə aid olan əlyazma 54 səhifədən ibarətdir. Bildirilir ki, alimin çox az sayda əlyazması olub. Albert çox çox az qeydlər aparırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR