Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR