"Xameneiyə ölüm, Rəcaviyə salam" - İrana haker hücumu təşkil edildi

İranda bəzi internet saytlarına haker hücumu təşkil edilib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, sayta daxil olan istifadəçilər “Xameneiyə ölüm, Rəcaviyə salam” qeydi ilə üzləşiblər. Məlumata görə, hücumdan sonra dərhal sonra hərəkətə keçən İran hökuməti hakerlərin çökdürdüyü saytlara girişi bağlayıb. Məlumata görə, hədəfə alınan saytlar arasında Ədliyyə Nazirliyinin saytı və digər rəsmi saytlar da olub. Haker hücumunun hansı ölkədən təşkil edildiyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, Məryəm Rəcavi Xalq Mücahidləri Təşkilatının lideri kimi tanınır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR