Rusiya ÇƏTİN VƏZİYYƏTDƏDİR:

"Rusiya son zamanlar xarici siyasətdə, xüsusilə də Cənubi Qafqaz, Suriya və Ukrayna siyasətində fəallıq göstərməyə çalışsa da, daxilində getdikcə gərginləşən vəziyyətin böyüməsinin qarşısını almağı bacarmır".

Bu fikirləri Metbuat.az-a politoloq Samir Hümbətov edib. Bir ay bundan öncə Tatarıstanla başlayan daxili fikir ayrılıqlarına diqqət çəkən politoloq bildirdi ki, təkcə bir ərazi ilə prosesin başlanması mümkün olmur. Artıq yayılan məlumatlara əsasən Çeçenistanda tabeçilikdən uzaqlaşıb müstəqil addımlar atmaq niyyətini ortaya qoymağa başlayıb.


"Digər tərəfdən isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da onun xarici ticarətində ciddi problemlərin yaranmasına səbəb olur. Bu da birbaşa Rusiyanın daxili iqtisadi vəziyyətinə təsir göstərməkdədir. Bundan başqa iki ilə yaxındır davam edən Covid-19 pandemiyası nəticəsində Rusiya iqtisadiyyatına təqribən 100 milyard dollardan artıq ziyan dəyib ki, bu da iqtisadiyyatı sanksiyalar altında olan dövlət üçün kifayət qədər böyük rəqəmlər hesab edilir. Artıq Rusiya daxilində mövcud olan subyektlər vəziyyətin ciddiliyini anlamağa başladıqları görünməkdədir. Məhz buna görə də vəziyyətdən istifadə edərək özlərinin müstəqil davranışlarını müəyyənləşdirməyə çalışırlar".

Samir Hümbətov onu da bildirdi ki, əgər pandemiya və Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar uzun müddət davam edərsə, ən böyük təsir məhz Rusiya iqtisadiyyatına olacaq ki, nəticədə daxili narazılıq və mərkəzdənqaçma meylləri güclənə bilər. Bu da Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi xəritənin reallaşmasını sürətləndirə bilər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR