Mahir Emreli: "Ətrafımda divar tiksəniz də, arasından keçib gedəcəyəm"

Azərbaycan millisinin futbolçusu, eyni zamanda Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl diqqətçəkən paylaşım edib.

Metbuat.az xəbər verir ki, son oyunlarda tənqid hədəfinə çevrilən 24 yaşlı hücumçu qeyd edib:

"Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm",- deyə o qeyd edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" matçı saat 00:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR