Rəsmi Moskvadan mühüm Cənubi Qafqaz

"Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulması üçün yaxşı perspektivlər görür".

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Zaxarovanın qeyd edib ki, Moskva 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Bunlar, o cümlədən, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına aiddir. Bu vəzifə ilə üç ölkənin baş nazir müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur.

"Bütün tərəflərin maraqlarının balansını nəzərə alaraq, regionda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görürük. Biz həmçinin istəyirik ki, tərəflərdən hər biri bloklanmamış marşrutlar üzrə beynəlxalq daşımaları beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasının milli qanunvericiliyi əsasında həyata keçirsinlər” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan media və ictimai təşkilatların canlı efirində suallarını cavablandırarkən bildirib ki, Azərbaycan hakimiyyəti regionda kommunikasiyaların açılmasına dair danışıqları pozmaq üçün “dəhliz məntiqi”ni təbliğ edir . O əlavə edib ki, rəsmi Yerevan bu cəhdlərin qarşısını almaq üçün əlindən gələni edəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR