Rəmişin qardaşı Gülü haqqında görün nələr dedi -

Rəmişin qardaşı canlı yayıma qatılaraq Gülü haqqında bəzi faktları açıqlayıb

Metbuat.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verlişinin müxbirinin suallarını məşhur gitara ifaçısı olan Rəmişin qardaşı Vaqif Hüseynov cavablayıb.

Vaqif Hüseynov qardaşının həyat yoldaşı olan Gülü xanım haqda bildirib ki, o, Rəmişin övladlarını düşünmür:

"Biz ailədə bir bacı, dörd qardaş olmuşuq. Hamımız peşəkar musiqiçiyik. Sara Qədimova babamın dayısı qızıdır. Rəmiş Nüşabə adlı xanımla evlənmişdi. İki qızı var idi. Qızının birinin yoldaşı rəhmətə getdiyi üçün kirayədə yaşayırlar. Amma Gülü özü yanında gəzdirdiyi iki evdə qalır. Rəmiş xəstə olanda mən burada deyildim. Ümumiyyətlə Gülünü niyə salmışdı araya, bilmədim. Rəmişin övladları da onun yas mərasimində iştirak etmədi. Gülünün sifətinə görə heç kim yas mərasiminə getmədi. Qohum-əqraba hamı ondan üz döndərib. Deyir ki, bu ev mənə qalıb. Sənə heç nə qalmayacaq, başına hələ çox bəlalar gələcək.” – deyə Vaqif Mustafayev bildirib.

O, müxbirin "Gülü xanım deyirdi ki, mən Rəmişə öz övladım kimi baxmışam” fikrinə cavab olaraq "Gülü, sən kimsən axı? Onun övladları, nəvələri var. Bunlar baxa bilməz idi ona? Sən ancaq pula görə onun yanında idin. Sən Rəmişi çox istəsəydin, onun övladları hazırda kirayədə qalmazdı” deyə bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR