"Xoruldayırdım, yoldaşım deyirdi ki, dur, yenə traktoru xoda salmısan" -

Azərbaycanda qəribə ayrılıq yaşanıb.

Metbuat.az xəbər verir ki, "Xəzər" televiziyasında yayımlanan "Təsir dairəsi” verlişinə qatılan qadın yoldaşı onu eybəcər bildiyi üçün atdığını bildirib. Qadın efirə qatıldıqdan sonra qohumları onu qınayıb.

Aparıcı Lalə Azərtaş verlişdən sonra qıza qohumları tərəfindən təzyiq olunduğunu söyləyib.

Qadın qohumlarının onun haqda öz yoldaşını axtarması üçün çıxdığını düşünüb, lakin qadın bunun belə olmadığını və neçə illərdir yığdığı çöküntünü üzərindən atmaq məqsədilə verlişə qatıldığını söyləyib.

O deyib: "İstər xəstəliyim, istərsə də çəkdiyim əziyyətlər mənim boğaza yığılmağıma səbəb olub. Mən uzun illərdir kirayədə yaşamışam, ev tikib, zəhmət çəkmişəm. Eyni zamanda övlad dünyaya gətirib, onu böyütmüşəm. Onkoloji xəstə olmuşam, bu səbəbdən əməliyyat olmuşam. Nə isə özüm haqda haqsız bir fikir eşidəndə çox pis oluram. 32 yaşım var, güləndə mənə irad tuturdu ki, ağzında dişin yoxdur, gülmə. Buna görə də utanıram. Həmçinin mənim faringitim də var, gecə xoruldayıram. Yoldaşım deyirdi ki, dur, yenə traktoru xoda salmısan. Ondan sonra kiminsə evinə getməyə utanıram ki, birdən orada xoruldayaram".

Həmin videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR