Rusiyadakı mədəndə xilasedici dəstə ilə əlaqə kəsilib

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində axtarış işləri zamanı xilasedicilərlə əlaqə itib.

Metbuat.az xəbər verir ki, tüstüdən mühafizə qrupu ilə əlaqə kəsilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, xilasedici komandada 4-5 nəfər var.

Məlumata görə, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər. Lakin indiyədək onlarla əlaqə qurmaq mümkün olmayıb. Dəstənin neçə nəfərdən ibarət olduğu bildirilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR