Fransanın PSJ klubu Zinəddin Zidanla danışıqlar aparır.
Metbuat.az xəbər verir ki, klub rəhbərliyi Zidanla bu ayın əvvəlində görüşüb.
“Le Parisien” nəşri yazıb ki, PSJ-nin niyyəti Zidanın gələn yay komandaya rəhbərlik etməsidir.
PSJ-yə yaxın bir mənbə Fransa nəşrinə Zidanla danışıqların son günlərdə irəlilədiyini təsdiqləyib.
Qeyd edək ki, 2016-2018 və 2019-2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir.