Rusiyadan dəhşətli xəbər: Yaralıların sayı 57-yə çatdı -

Rusiyanın Kemerovo vilayətindəki kömür mədənində baş verən qəza nəticəsində xəsarət alanların sayı 57-yə çatıb. 52 ölü var.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar xidmətindən məlumat verilib. Məlumata görə, ölənlər arasında 6 xilasedici də var. Baş prokurorun müavini Dmitri Demeşinin sözlərinə görə, partlayışa metan qazı səbəb olub. Hadisə ilə əlaqədar mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb.

Məlum olub ki, onlar mədəndə təhlükəsizlik tədbirlərinin tələblərini pozublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR