​Yaponiya və Rusiya razılığa gəldi

Yaponiya və Rusiya iki ölkə arasındakı müharibədən sonra sülh sazişinin imzalanması üçün danışıqların davam etdirilməsinə dair razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun yapon həmkarı Hayaşi Yoşimasa ilə telefon danışığı zamanı anlaşma əldə edilib. Tərəflər ikili münasibətlərlə yanaşı regiondakı problemləri müzakirə ediblər. Diplomatlar iqtisadi və mədəni əlaqələrin qarşılıqlı fayda əsasında möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

Qeyd edək ki, Rusiya və Yaponiya arasında bəzi mübahisəli ərazilər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR