Makrona 5 maddəlik təklif

Böyük Britaniyanın Baş naziri Boris Conson qaçqın böhranının qarşısını almaq üçün Fransa prezidenti Emmanuel Makrona 5 maddədən ibarət təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, Makrona ünvanlanan məktubda qaçqınları daşıyan qayıqların qarşısını almaq üçün birgə patrul xidmətinin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Conson bildirib ki, plan insan qaçaqmalçılığı ilə məşğul olan dəstələrə zərbə vuracaq. Conson planın Fransa üçün faydalı olacağını ifadə edib. Makronun Consonun təklifinə necə cavab verəcəyi hələlik məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR