NATO-ya çağırış: Hazır olun

“Rusiyanın Ukrayna sərhədinə ordu toplaması, Belarus-Polşa sərhədindəki qaçqın böhranı təsadüfi hadisələr ola bilməz. Bunlar siyasi formada koordinasiya edilib”.

Metbuat.az xəbər verir ki, Polşa prezidenti Andjey Duda NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, NATO şərq cəbhəsində baş verə biləcək hadisələrə hazır olmalı, hazırlıqlar artırılmalıdır. Prezident hesab edir ki, müvəqqəti tədbirlər təxribatlara vaxtında cavab vermək üçün yetərli olacaq.

Duda Belarus-Polşa sərhədində vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR