Paşinyan Soçiyə getdi, İrəvanda ALƏM QARIŞDI -

Azadlıq fəalları Ermənistan paytaxtının mərkəzində yolu bağlayıblar.

Metbuat.azSputnik armeniya”ya istinadla xəbər verir ki, Saxarov meydanında nəqliyyatın hərəkətini iflic hala düşüb.

“Etirazçılar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqları üçün həbs ediliblər” deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Bundan əvvəl azadlıq hərəkatının nümayəndələri St. Nalbandyan və bir neçə dəqiqə Saxarov meydanında hərəkəti iflic vəziyyətinə salıb.

“Ey həmvətənlər, oyanın! Hərəkatımıza qoşulun və hakimiyyətin anti-erməni mövqeyi ilə razılaşmadığınızı bildirin” deyə “Zartonk” partiyasının rəhbəri Ara Zöhrabyan aksiya zamanı bildirib. Polis yolun açılmasını tələb edib və etirazçıları saxlamağa başlayıb. Şöbəyə gətirilən vətəndaşlar arasında Zöhrabyan da olub. Hazırda meydanda nəqliyyatın hərəkəti bərpa olunub.

Xatırladaq ki, noyabrın 22-dən etibarən bir sıra ictimai təşkilatlar İrəvanın müxtəlif yerlərində imzalanmağa hazırlanan sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin ictimaiyyətə açıqlanmasını tələb edərək etiraz aksiyaları keçirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR