Türkiyənin Mersin vilayətində itkin düşəndən 10 gün sonra cəsədi tapılan 3 yaşlı qızla bağlı şok həqiqət üzə çıxıb.
Metbuat.az Yeni Akit qəzetinə istinadən xəbər verir ki, 3 yaşlı qızın atasının hasan Yağal olduğu üzə çıxıb. Qeyd edək ki, buna qədər Yağalın uşağın babası olduğu güman edilirdi. Uşağın anası Selvi qayınatası Yağalla bağlı sualları cavabsız saxlayıb.
Əlavə edək ki, ailə üzvləri dağda düşərgə qurandan sonra 3 yaşlı uşaq yoxa çıxıb. Onun cəsədi 7 kilometr məsafədə tapılıb.