Nazirlər kabineti prezidentin rəhbərliyində toplanacaq

07:11 19 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Türkiyə nazirlər kabinetinin iclası olacaq. ANS PRESS-in məlumatına görə, prezidentin rəsmi iqamətgahı “Ak saray”da keçiriləcək iclas yerli vaxtla saat 11.00-də (Bakı vaxtıyla 13.00) başlayacaq. Yerli vaxtla saat 13.30-da isə iclasda nahar fasiləsi elan olunacaq. İclasın başa çatmasından sonra baş nazirin müavini və hökumətin məruzəçisi Bülent Arınç toplantının məzmunu barədə jurnalistlərə açıqlama verəcək.

Qeyd edək ki, son dəfə 15 il bundan əvvəl Süleyman Dəmirəlin dövründə nazirlər kabineti prezidentin rəhbərliyində toplanmışdı.

Bundan əvvəl isə nazirlər kabineti daha 4 prezidentin, Camal Gürselin, Fəxri Korutürkün, Kənan Evrenin və Turqut Özalın rəhbərliyində iclas keçirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR