Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hocul yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda ştat ərazisində fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, ötən ay ərzində ştatda gündəlik yoluxma sayı 300 nəfər təşkil edib.

Bu səbəbdən 2022-ci il yanvarın 15-dək bütün Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.

Son məlumatlara görə, regionda 182 644 nəfər koronavirusa yoluxub. Son sutka ərzində 6 295 yeni yoluxma faktı müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR