x
Loading...

QƏRİBƏ QƏRAR: Pişiklərə ağaca çıxmaq qadağan edilir - SƏBƏB...

Avstraliyanın Fremantle şəhərinin rəsmiləri, pişikləri küçədə qoşqusuz gəzdirməyi qadağan etməyi düşünürlər.

Metbuat.az xəbər verir ki, ideya müəlliflərinin sözlərinə görə, ilk növbədə onlar heyvanları özləri qorumaq istəyirlər. Yeni qaydalara əsasən, pişiklərin vəhşi heyvanların yaşaya biləcəyi, ağaclara dırmaşdığı və magistral yollarda qaça bildiyi kolluqlarda gəzməsi qadağan ediləcək. Məhdudiyyətlər təxminən 750 şəhər heyvanına aid ediləcək.

“1970-ci illərdə küçələrimizdə itlər gəzirdi. Düşünürəm ki, sahibsiz pişiklər də keçmişdə qalacaq” deyə ideyanın yaradıcılarından biri Adin Lanq bildirib.

Yerli hakimiyyət orqanları yeni qaydaları təsdiq edərsə, baxılmaq üçün parlamentə göndəriləcək. Pişiklərin qanuna əməl etmələrini dəqiq necə təmin edəcəkləri barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR