Rusiyada döyüş sursatı zavodunda partlayış baş verib

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinski şəhərindəki döyüş sursatları zavodunda yanğın baş verib, bundan sonra partlayış səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, məlumatlara görə, azı iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Başqa zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə yerinə yanğınsöndürənlər yollanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR