"Anam artıq mənimçün yoxdur" -

Aktrisa Sonaxanım Əliyeva anasından imtina edib.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, aktrisa bu haqda "7 canlı" verilişində danışıb. Sonaxanım valideynindən çox pisliklər gördüyünü və ömrünün sonuna kimi onu bağışlamayacağını bildirib:

"Anamla küsülü deyiləm. Nankor övlad da olmamışam. Amma o insan artıq mənim üçün yoxdur. Övlad anasına nankorluq etsə, bu, qəbul edilə bilər. Amma ana bunu etsə, bu, bağışlanmazdır.

Əgər ana övladını dünyaya gətirib, ona əzab-əziyyət verib, nifrət dolu addım atırsa, bu, heç vaxt bağışlanmaz. Mən analı yetiməm. Sadəcə illər keçdikcə hər şeyi uddum".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR