Rusiyada “Omikron” ştammı aşkarlandı

Rusiyada koronavirusun yeni “Omikron” ştammı aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy bildirib. Onun sözlərinə görə, artıq Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Qeyd edək ki, bir neçə gün qabaq alimlər Cənubi Afrika Respublilasının Bostvana şəhərində koronavirusun daha təhlükəli olan yeni ştammının aşkar olunduğunu açıqlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR