Mustafa Cengiz vəfat etdi

“Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengiz dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat verilib.

““Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengizi itirdik. Allahdan ona rəhmət diləyir, ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.

Qeyd edək ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz mədə xərçəngi diaqnozu ilə müalicə alırdı. Bu ilin sentyabrında səhhəti pisləşən Cengiz xəstəxanaya yerləşdirilmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR