Ermənistanda millətçilik meyilləri qanqren kimi erməniləri daxildən aşındırır -

"Ermənistanın “Erkir tsirani” (Ərik ölkəsi) partiyasının rəhbəri, eks deputat Zaruhi Postancyan yenidən radikal fikirləri ilə gündəmə gəlib. Məlumdur ki, Ermənistanda ksenofobiya və irqi ayrı-seçkilik ən yüksək səviyyədədir. Müstəqillik əldə etdikdən sonra monoetnik dövlət quran Ermənistanda digər xalqın nümayəndələrinə yuxarıdan aşağı baxmaqla yanaşı, faşizmə xas olan mövqe də nümayiş etdirilir".

Bu fikirləri Metbuat.az-a STM-in baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. Onun Metbuat.az-a özəl şərhini təqdim edirik:

Müxalifəti təmsil edən Postancyan daha öncə baş nazir Nikol Paşinyanı xain və satqın adlandırmış və onu Ermənistanın yarısını verməyə hazırlaşdığını bildirmişdi. Qeyd edək ki, hazırda Zaruhi Postancyanın adı 4 cinayət işində hallanır, bunlardan biri konkret olaraq baş nazir Nikol Paşinyanla bağlıdır.

xəbər verir ki, 05 avqust 2021-ci ildə gecə saat 03:00 radələrində İrəvanın Arabkir inzibati rayonunda “Ərik ölkəsi” partiyasının lideri Zaruhi Postancyanın ərinin “Mercedes” markalı avtomobilini yandırıblar. Partiya rəhbəri müxalif mövqeyini və daim hazırkı hakimiyyətin tənqid edilməsi ilə çıxış etdiyini nəzərə alaraq bunda sui-qəsd gördüyünü qeyd etmişdi.

Hakimiyyəti tənqid etməklə hər zaman Ermənistanda sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən Zaruhi Postancyanın sonuncu çıxışı heç bir hədd tanımır. O deyib: “Ermənistanda bu gün təkcə soydaşlarımız ermənilər deyil, qardaş xalqların nümayəndələri, həmçinin türklər yaşayırlar. Bu türklər də parlamentin binasında oturur, parlamentin zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlardan düşmən iyi gəlir. Biz isə pis qoxunun kimdən gəldiyini bilirik. Təbii ki, türklərdən. Türklərlə birlikdə yaşayanların çoxu mənzillərindən nə qədər pis qoxunun gəldiyini bilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR