Nərgiz Əliyevaya Bakının mərkəzində HÜCUM EDİLDİ:

Tanınmış aktrisa Nərgiz Əliyevanın başına iş gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə sənətçi "İnstaqram" hesabında yazıb. O qeyd edib ki, şəhərin mərkəzində naməlum şəxsin hücumuna məruz qalıb.

“Dünən təxminən saat 17:00 radələrində şəhərin mərkəzində- Nizami küçəsində bir kişi maşınıma yaxınlaşdı. Yaxşı ki, həmin dəqiqə qapıları bağladım. Sonra maşının qapısını açmağa çalışdı, pəncərəyə yumruqlar vurdu. Çox qorxdum. Maşında qızım da ola bilərdi. Nə isə... Bunu yazmaqda məqsədim odur ki, həmin dəqiqə heç kim kömək etmədi. Kənardan kişilər baxıb gülürdülər. Polisdən xahiş edirəm bu insanı tapıb, izahatını alsınlar. Bilmək olmaz, sabah nə baş verəcək və kimin qarşısına çıxacaq”.

Həmin kadrları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR