DİN: Sürücülər yol polisini görəndə sürəti azaldırlar

"Ehtiyatsızlıq can alır, öldürür, yetim qoyur, şikəst edir, bədbəxt edir. Şənbə və bazar günləri respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb."

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib: "Bu faktlı hadisələrin miqyasına baxaq - ibrət var. Hara tələsirdilər?! Ağırdır. Təskinliyi yoxdur. Analar övladsız, övladlar atasız, ailələr başsız qaldı. Varmı onları əvəz edəcək kimsə Yoxdur.

Yol polisini görəndə sürəti azaldır. Qorxur ki, məsuliyyətə cəlb ediləcək? Bəs bu özündən sonra gözü yaşlı qoyduqlarının taleyi necə olacaq?" - deyə DİN rəsmisi sürüclərə müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR