Üzünü robota verən şəxsə

İnsanabənzər robotların hazırlanması üçün yeni bir addım atılır.

Metbuat.az xəbər verir ki, ABŞ-da yerləşən "Promobot" robot şirkəti 2023-cü ildə üzü insana bənzəyən robotun hazırlanması üçün cəmiyyətə müraciət edib. Belə ki, üz quruluşunu robota verən şəxsə 200 min dollar mükafat veriləcək. Üzün kişiyə və qadın aid olması tələb olunmur. Əsas məqsəd mehriban üz quruluşuna malik insanın tapılmasıdır. Süni dəriyə malik robot gözləri, qaşları, dodaqları və üz əzələləri ilə 600-dən çox üz ifadəsini qəbul edə biləcək.

Robot Amerika və Yaxın Şərqdə xidmət sektorunda fəaliyyət göstərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR