İrəvanla Bakı arasında kompromis əldə etməyə mane olan qüvvələr var -

"Xarici oyunçular Azərbaycanla Ermənistanla arasında kompromis əldə olunmasının qarşısını ala bilər".

Metbuat.az xəbər verir ki, bu fikri Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin “Rossiya seqodnya” agentliyinin mətbuat mərkəzində keçirilən dəyirmi masada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, danışıqlar məhsuldar olub və prezident Putin həm Paşinyana, həm də Əliyevlə "dil tapmağa" nail olub ki, bu da ümumilikdə ona vəziyyəti nikbin qiymətləndirməyə imkan verir.

"Bu cür tədbirlərin təşkilində çox maraqlı və tam səriştələrə malik olan Rusiya uğur qazana bilər" Muxin bildirib.

Eyni zamanda o, pərdəarxası işləyərək onların müdaxiləsi ilə hadisələrin gedişatına müəyyən mənada təsir göstərə bilən başqa aktyorların da mövcudluğuna diqqət çəkib. Muxin qeyd edib ki, uzun illər davam edən qarşıdurmada yığılan narazılıqdan Avropa ölkələri bütün üstünlükləri toplayaraq prosesə qarışmağa çalışacaqlar. Lakin tərəflər hələ prosesin ortasına belə çatmadığından indiki mərhələdə hər hansı nəticə çıxarmaq tezdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR