Ukrayna ilə bağlı SENSASİYON AÇIQLAMA:

Hərbi elmlər doktoru Konstantin Sivkov Donbassdakı müharibənin növbəti mərhələsinin Ukraynanı birləşmiş Rusiya-Ukrayna ordusunun azad etməsi ilə başa çatacağı fikrini bildirib.

Metbuat.az xəbər verir ki, Konstantin Sivkov müsahibəsində Donbassda müharibənin mümkün eskalasiyası ilə bağlı proqnoz verib. Onun fikirlərinə görə, Ukrayna Silahlı Qüvvələri qoşunların sayındakı üstünlüyündən istifadə edərək, xalq respublikalarının müdafiəsindən keçə və hətta Rusiya ilə sərhədə qədər yol ala biləcək.

Ancaq indiki məqamda Rusiya ordusu qarşıdurmaya girəcək və münaqişə tamam başqa istiqamətə gedəcək. Ekspert hesab edir ki, ilk toqquşmalarda Ukraynanın əksər hərbi hissələri Rusiya tərəfinə keçəcək və neonasistlərin batalyonları Rusiya və Ukrayna qoşunlarının birgə qruplaşması tərəfindən məhv ediləcək. Sivkov açıqlamasında onu da bildirib ki, Donbas azad edildikdən sonra bu qüvvələr bütün Ukraynanı azad etmək üçün Kiyevə doğru hərəkət edəcək.

Konstantin Sivkov qeyd edib ki, birləşmiş Rusiya-Ukrayna qrupu bütün ölkəni qərbyönlü hökumətdən azad edəcək və NATO qoşunlarının Ukraynanı tərk etməsini tələb edəcək. Həmçinin, birləşmiş ordunun döyüş əməliyyatları nəticəsində yenilənmiş dövlətin tərkibinə daxil ediləcək Pridnestroviya-Moldova Respublikası da darmadağın ediləcək.

Bununla belə, daha əvvəl hərbi ekspert İqor Korotçenko qeyd edib ki, Ukrayna Donbassda münaqişənin daha da gərginləşməsi üçün Qərbdən qadağa alıb .

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR